Bakı. Trend:
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 15 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq
yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14
sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq
edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı
Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport
sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında
Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
3. “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası
Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin
vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
5. “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”
və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
6. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
7. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
8. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
9. “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26
dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
11. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
12. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq
edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”,
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan
Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında”
Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq
keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında
Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar
orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
14. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).
15. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).