Bakı. Trend:
İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir gələn həftə Amerika silahlarının İsrailə tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə “Axios” portalı mənbələrinə istinadən xəbər yayıb.
Səfər çərçivəsində Zamir, silahların tədarükü məsələsini Pentaqonun və ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə müzakirə edəcək.