...

Londonda terror təşkilatının tərəfdarları ilə polis arasında qarşıdurma baş verib

Dünya xəbərləri Materials 29 Noyabr 2024 10:49 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada PKK terror təşkilatının tərəfdarları ikinci dəfə etiraz aksiyası keçirərək yenidən polislə qarşıdurmaya giriblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyası PKK terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanılmasından sonra baş verib.

Məlumata görə, Böyük Britaniyanın paytaxtı Londonda, “Turnpike Lane” metro stansiyasının çıxışında toplanan PKK tərəfdarları, daha sonra “Haringey” bölgəsində yerləşən və "ictimai mərkəz" adı altında istifadə olunan dərnək binasına doğru yürüş ediblər.

“Yürüş zamanı Türkiyə və Böyük Britaniya əleyhinə şüarlar səsləndirən PKK tərəfdarları, dərnək binasının yaxınlığında barrikada qurmağa çalışan polis qüvvələri ilə toqquşublar”, - məlumatda bildirilir.

Qeyd edilib ki, PKK tərəfdarlarının polis əməkdaşlarına su şüşələri atmaqla hücum etməyə cəhd göstərməsindən sonra qrup ilə polis arasında qarşıdurma yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti