Bakı. Trend:
Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı təsdiqlənib.
Trend xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müavfiq qərar imzalayıb.
Qeyd edilib ki, bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.