Bakı. Trend:
“PLATEK PACT” MMC fəaliyyətinə xitam verilərək “ATS FOOD” MMC-yə qoşulub.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Qeyd olunub ki, “ATS FOOD” MMC “PLATEK PACT” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 10D ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “PLATEK PACT” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 18 milyon 230 min 535 manat olan şirkətin qanuni təmsilçisi Hacıyev Tural Elxan oğludur.