Bakı. Trend:
Noyabrın 29-da Təl-Əvivdən 40 kilometr məsafədə yerləşən Ariel şəhərinin yaxınlığında terrorçular sərnişin avtobusuna atəş açıblar.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, hadisə nəticəsində 9 nəfər yaralanıb. Onlardan 3-ü ağır vəziyyətdə, 1-i orta ağır vəziyyətdədir, 5 nəfər isə yüngül xəsarət alıb.
Qeyd edilib ki, avtobus Təl-Əvivdən Arielə gedirdi. Terrorçulardan biri hadisə yerində zərərsizləşdirilib, digəri isə gizlənib.