Bakı. Trend:
İsrail ordusunun Qəzza Zolağında keçirdiyi reyd nəticəsində azı 8 fələstinli həyatını itirib.
Trend-in Livanın “Al Mayadeen” telekanalına istinadən verdiyi məlumata görə, reyd zamanı Şeyx Radvan bölgəsində yaşayış binası partladılıb. Nəticədə 8 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Bundan əlavə, İsrail ordusunun Fələstin anklavının şimalındakı Beyt Lahiya şəhərinə də hücum etdiyi bildirilir. Məlumata görə, hərbi qüvvələr qaçqınların məskunlaşdığı binaları və çadırları atəşə tutub, partlayışlar törədiblər.
Hadisə ilə bağlı bölgədə vəziyyətin gərgin olduğu bildirilir.