...

Azərbaycan banklarının istehlak krediti portfeli 8,2 milyard manatı keçib

İqtisadiyyat Materials 29 Noyabr 2024 11:44 (UTC +04:00)
Azərbaycan banklarının istehlak krediti portfeli 8,2 milyard manatı keçib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin noyabr ayının 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 8 milyard 277 milyon 800 min manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Məlumata görə, istehlak kredit portfeli aylıq müqayisədə 125 milyon manat (1,54%), ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 526,5 milyon manat (22,6%) böyüyüb.

Qeyd edək ki, istehlak kredit portfeli bu ilin oktyabrın 1-nə 8 milyard 152 milyon 800 min manat, ötən ilin eyni dövrünə isə 6 milyard 751 milyon 300 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti