...

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq – 41,5 milyon manat ayrıldı

Tender müsabiqələri Materials 29 Noyabr 2024 09:53 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılır.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, şəhərdə “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçiriləcək.

Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "EL EPCM" MMC-yə həvalə edib və onunla dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti