Bakı. Trend:
İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib. Mersisayd təmsilçisinin müdafiəçisi İbrahima Konate zədələnib.
Trend-in məlumatına görə, Fransalı futbolçu Çempionlar Liqası çərçivəsində "Real"la matçda (2:0) zədələnib. 25 yaşlı mərkəz müdafiəçisi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
"Liverpul" 1 dekabr tarixində İngiltərə Premyer Liqasının 12-ci turunda doğma meydanda "Mançester Siti" ilə qarşılaşacaq.