...

Sığorta hadisəsi zamanı həkim sirrini təşkil edən məlumat verilə biləcək

Cəmiyyət Materials 29 Noyabr 2024 12:26 (UTC +04:00)
Sığorta hadisəsi zamanı həkim sirrini təşkil edən məlumat verilə biləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanuna dəyişiklik icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti