Bakı. Trend:
"Liverpul"un Misirli ulduzu Mohamed Salahla yeni müqavilə bağlamaq planları barədə detallı məlumatlar yayılıb.
Trend-in məlumatına görə, Mersisayd təmsilçisi 32 yaşlı hücumçu ilə üçillik yeni müqavilə imzalamağı nəzərdə tutur. Hazırda Salahın mövcud müqaviləsi mövsümün sonunda başa çatır.
Bundan bir neçə gün əvvəl futbolçu klubdan hələ də təklif almadığını açıqlayaraq narazılığını bildirmişdi. Lakin "Liverpul" rəhbərliyi təcrübəli hücumçu ilə əməkdaşlığı davam etdirməkdə israrlıdır.
Qeyd edək ki, Salah cari mövsümdə 19 oyunda iştirak edərək 12 qol vurub və 10 məhsuldar ötürmə edib.