Bakı. Trend:
Suriyada Bəşər Əsəd hökumətinə qarşı mübarizə aparan müxalifət qüvvələri Hələbin mərkəzinə daxil olub.
Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi mənbələrinə istinadən xəbər yayıb.
Agentliyin verdiyi məlumata görə, Hələb və İdlib əyalətlərində üç gün davam edən döyüşlər nəticəsində müxalif qruplar 400 kvadrat kilometr ərazini ələ keçiriblər.