Bakı. Trend:
Milli məclisin növbəti iclas dekabrın 3 və 4-də keçiriləcək.
Trend-in məlumatına görə, bunu spiker Sahibə Qafarova bildirib.
O qeyd edib ki, iclasda 2025-ci ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.
Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında deputatlar 15 məsələ barədə qərar qəbul ediblər.