Bakı. Trend:
Cənubi Qafqaz ölkələri kollektiv Qərbin müdaxilələrinə qarşı diqqətli olmalıdırlar.
Trend xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında deyib.
"Bir müddət əvvəl biz Gürcüstan rəhbərliyinin, bu ölkənin ictimaiyyətinin kollektiv Qərbin ən ağır hücumlarına və ən şiddətli təzyiqlərinə məruz qaldığının şahidi olduq. Buna səbəb isə, Qərbin mövqeyinə əsasən, ölkə rəhbərliyinin ənənəvi dəyərləri müdafiə etməyə cəsarət etməsi oldu", - o bildirib.
O qeyd edib ki, Qərb müdaxiləsinin "bombalarının" hər yerə yağdığını görürük.
"Hesab edirəm ki, Qafqazın bütün ölkələri və qonşuları çox diqqətli və ehtiyyatlı olmalıdırlar. Biz birgə tədbirlər görməliyik ki, Qafqazın problemlərini qafqazlıların özləri həll etsin", - o bildirib.