Bakı. Trend:
Türkiyənin Ankara şəhərində Polis və jandarma tərəfindən keçirilən əməliyyatlar zamanı müxtəlif cinayətlərdə ittiham olunan 938 axtarışda olan şəxs saxlanılıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ankara Rəhbərliyi məlumat yayıb.
Rəhbərliyin açıqlamasında bildirilib ki, noyabrın 22-dən 28-dək polis və jandarma qüvvələri tərəfindən axtarışda olan şəxslərin tutulmasına yönəlik tədbirlər həyata keçirilib.
Qeyd edilib ki, bu tədbirlər çərçivəsində 20 il və daha artıq həbs cəzasına məhkum edilmiş 5 nəfər, 10 il və daha artıq həbs cəzasına məhkum edilmiş 13 nəfər, 5-10 il arası həbs cəzası olan 44 nəfər, 5 ilə qədər həbs cəzasına məhkum edilən 253 nəfər və ifadə vermək üçün axtarışda olan 623 nəfər saxlanılıb.