...

Tbilisidə xüsusi təyinatlılar parlament qarşısındakı meydanı etirazçılardan təmizləyib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 30 Noyabr 2024 02:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tbilisidə xüsusi təyinatlı polis qüvvələri ölkə parlamentinin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyib.

Trend-in məlumatına görə, hüquq-mühafizə orqanları meydanın nəzarətini ələ keçirib. Etirazçılar isə Rustaveli prospekti boyunca daha yüksək ərazilərə çəkilərək barrikadalar qurub, zibil qutuları və stulları yandırıblar.

Polis vaxtaşırı etirazçıların istiqamətinə tüstü bombası və gözyaşardıcı qaz ataraq onları dağıtmağa çalışır.

xxx

01:57

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisinin Rustaveli prospektində parlament binası yaxınlığında keçirilən etiraz aksiyasının qanundan kənara çıxdığını bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Sputnik Gürcüstan xəbər yayıb.

Nazirlikdən verilən açıqlamaya görə, etiraz iştirakçıları infrastrukturu zədələyir və yandırırlar. Həmçinin, etirazçıların bir hissəsi Çiçinadze küçəsinə doğru hərəkət edərək orada parlamentin darvazalarını zədələyiblər.

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə etdiyi bildirilir.

xxx

23:34

Tbilisidə parlament binası yaxınlığında keçirilən etiraz aksiyasına polis müdaxilə edib. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları etirazçılara qarşı su şırnaqları və bibər qazı istifadə edib.

Trend-in məlumatına görə, əvvəlcə polis nümayişçilərə xəbərdarlıq edərək qanuni sərhədləri pozmamalarını istəmişdi, lakin etirazçılar buna məhəl qoymayaraq, polisə yumurta və fişəng atıblar. Nəticədə, polis etirazçılara qarşı bibər qazından da istifadə edib.

Aksiyada bəzi nümayişçilər saxlanılıb. Rustaveli prospektində keçirilən anti-hökumət aksiyasına xüsusi təyinatlılar, su şırnaqları və akustik silahlar daxil olmaqla xüsusi texnika ilə qatılıb.

Xəbər lenti

Xəbər lenti