Bakı. Trend:
Rusiyada köhnə mobil telefonlar və televizorlar tullantı kimi deyil, yol tikintisində xammal kimi istifadə edilməyə başlanıb.
Trend xəbər verir ki, bu yenilik, Rusiyanın Ətraf Mühit Operatoru (REO) tərəfindən hazırlanan tullantıların təkrar emalı texnologiyaları ilə bağlı hesabatda əksini tapıb.
Cib telefonlarının plastik korpusları və LCD televizorların şüşələri yol səthlərinin əsas materialları kimi istifadə olunur. Tullantılar əvvəlcə əzilir, daha sonra emal edilərək yol tikintisi zavodlarına göndərilir.
Bununla yanaşı, smartfonların tərkibindəki bahalı metallar xüsusi proseslə çıxarılır, təmizlənir və sənaye müəssisələrinə təkrar istifadəyə verilərək ölkədəki sənaye zəncirinə daxil edilir. Bu yanaşma, həm tullantıların azaldılmasına, həm də təkrar emalın inkişafına töhfə verir.