Bakı. Trend:
Xabarovskda panel evdə baş verən yanğında bir qadın və iki orta yaşlı kişi həlak olub.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, Xabarovskun Lazo rayonunun Pereyaslavka kəndində yerləşən beşmərtəbəli panel binanın dördüncü mərtəbəsindəki iki otaqlı mənzildə yanğın baş verib. Hadisə nəticəsində 53-46 yaşlarında olan bir qadın və iki kişi həyatını itirib. Zəng noyabrın 30-da səhər saat bir radələrində daxil olub və regional yanğından mühafizə xidmətinin iki bölməsi dərhal hadisə yerinə yollanıb. Yanğın saat 01:20-də 10 kvadrat metrlik sahədə söndürülüb.
Yanğının səbəbləri araşdırılır, ilkin ehtimallara görə, elektrik şəbəkəsinin qəzalı vəziyyətdə işləməsi hadisəyə səbəb olmuş ola bilər.