Bakı. Trend:
Kosovonun şimalında baş verən partlayış nəticəsində kömürlə işləyən iki elektrik stansiyası və su təchizatı infrastrukturu zədələnib.
Trend “Reuters”ə istinadən xəbər verir ki, partlayış cümə günü axşam saatlarında baş verib. Hadisə zamanı ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Kosovonun Baş naziri Albin Kurti partlayışı terror aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, təmir işləri aparılmasa, ölkənin bəzi bölgələri bu gün səhər saatlarından etibarən elektrik enerjisiz qala bilər. Bundan əlavə, kanal vasitəsilə içməli suyun verilməsi dayandırılıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.