Bakı. Trend:
Suriya ordusu İdlib vilayətinin cənubunda terrorçu silahlı qruplaşmaların mövqelərinə genişmiqyaslı raket və hava zərbələri endirib.
Trend xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.
Zərbələr Ruveyha, Han əs-Sabil və Maardabsa yaşayış məntəqələrindəki silahlı qrupların mövqelərini hədəf alıb.
Eyni zamanda, hökumət qüvvələri Cəbəl əz-Zaviyə dağlıq bölgəsində və Hələbin şimalında yerləşən Marea şəhərində müxalifət qüvvələrinin mövqelərinə də hava zərbələri endirib.