...

Azərbaycanda əcnəbilərin bank kartları ilə apardıqları əməliyyatların həcmi məlum olub

İqtisadiyyat Materials 29 Noyabr 2024 21:00 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əcnəbilər bank kartları ilə 2.1 milyard manat əməliyyatlar aparıblar.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac İcmalı”na istinadən xəbər verir.

“2024-cü ilin yanvar-oktyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2.1 milyard manat, yalnız oktyabr ayında isə 252.7 milyon manat dəyərində əməliyyat aparılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricinin həcmi 23.4% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti