...

Azərbaycanla bu ölkələr arasında vizadan azad olunma ilə bağlı sənədlər təsdiq edildi

Cəmiyyət Materials 29 Noyabr 2024 12:09 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında vizadan azad olunma ilə bağlı sənədlər təsdiq edilib.

Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti