...

Türk Dövlətləri Təşkilatı sadələşdirilmiş gömrük dəhlizi haqqında Sazişin qüvvəyə mindiyini elan edib

Dünya xəbərləri Materials 30 Noyabr 2024 03:51 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı sadələşdirilmiş gömrük dəhlizi haqqında Sazişin qüvvəyə mindiyini elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında ticarəti asanlaşdırmaq məqsədilə sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin qüvvəyə mindiyini bəyan edib.

Trend xəbər verir ki, TDT tərəfindən “Daha güclü ticarət əməkdaşlığı və nəqliyyat əlaqəsi üçün irəliləyiş addımı” başlığı ilə yayımlanan açıqlamada, 2022-ci ilin noyabrında Səmərqənddə imzalanan Sazişin 2024-cü il noyabrın 29-da rəsmən qüvvəyə mindiyi vurğulanıb.

Təşəbbüsün əsas məqsədi türkdilli ölkələr arasında gömrük prosedurlarını sadələşdirmək, rəqəmsal məlumat mübadiləsini genişləndirmək və tranzit müddətlərini qısaltmaqla ticarət axınlarını sürətləndirməkdir. Bu addımın regiondaxili iqtisadi əlaqələrin gücləndirilməsinə mühüm töhfə verməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti