...

“Son zəng”də musiqiyə görə işdən çıxarılan direktorun əmək müqaviləsi bərpa olunmayıb - RƏSMİ

Cəmiyyət Materials 29 Noyabr 2024 18:46 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən vəzifəsinə geri qaytarılması ilə bağlı bildiririk ki, bu, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarıdır.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, məhkəmə prosesi hazırda davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət ediləcək.

Qeyd edək ki, MÜTDA-nın “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti