Bakı. Trend:
Avropa İttifaqı Şurasının yeni Prezidenti portuqaliyalı Antonio Koşta vəzifələrinin icrasına başlayıb.
Trend-in məlumatına görə, Brüsseldə, Avropa İttifaqı Şurasının qərargahında keçirilən mərasimdə, əvvəlki Prezident Şarl Mişel səlahiyyətlərini Antonio Koştaya təhvil verib.
Koşta, çıxışında Avropa İttifaqı ölkələri və qurumları arasında daha sıx əməkdaşlığın və dialoqun əhəmiyyətini vurğulayıb. O, "Biz yalnız birlikdə ümumi rifaha, iqtisadi inkişafa və iqlim transformasiyasına nail ola bilərik, həmçinin Avropanın səsini beynəlxalq səviyyədə eşitdirə bilərik", – deyə qeyd edib.
A.Koşta, hüquqşünas kimi ixtisaslaşıb və 63 yaşındadır. 2015-2023-cü illərdə Portuqaliyanın Baş naziri olub. O, litium və "yaşıl" hidrogenlə bağlı bir sıra layihələrdə korrupsiya hallarına dair iddialarla əlaqədar açılmış cinayət işinə görə 2023-cü ilin iyul ayında vəzifəsindən istefa verib. A.Koşta, iyun ayında keçirilən Avropa Parlamentinin seçkilərindən sonra, Avropa İttifaqına üzv ölkələrin rəhbərləri tərəfindən Avropa İttifaqı Şurasının Prezidenti seçilmişdi.