Bakı. Trend:
Ölkəmiz gələn ilə çox yaxşı makroiqtisadi şəraitdə daxil olacaq. Ortaya çıxan suallar araşdırılır, vaxtında onlara müavifiq cavablar verilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
"Bundan əvvəlki iclaslarda deputatlar tərəfindən çox sayda suallar qaldırılıb. Bu sualların hər biri İqtisadiyyat Nazirliyində qeydə alınıb, onlar araşdırılır, hər bir sual barəsində mövqeyimizi hazırlamışıq.
Bunlar həmişə olduğu kimi, insanlarımızın rifah halının yaxşılaşdırılması istiqamətindədir, müəyyən təkliflərlə bağlıdır. Bunların hər biri müsbət istiqamətdə həllini tapır", - deyə nazir müavini bildirib.