Bakı. Trend:
Bu gün "Misli" Premyer Liqasında XV tura start verilib.
Trend xəbər verir ki, ilk oyun günündə Bakıda iki qarşılaşma keçirilib.
Liderləri izləyən komandalar arasında keçirilən ilk oyunda “Araz-Naxçıvan” “Turan Tovuz”la “Liv Bona Dea Arena”da üz-üzə gəlib. Naxçıvan təmsilçisi 1:0 hesabı ilə qalib gələrək ən azı iki gün müddətinə turnir cədvəlində zirvəyə yüksəlib.
Günün ikinci matçı paytaxt derbisinə səhnə olub. Vasili Berezutskinin rəhbərliyi altında ilk oyununu keçirən “Sabah” komandası “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, XV tura dekabrın 1-də yekun vurulacaq.