Bakı. Trend:
Studiya və yaradıcılıq emalatxanalarının yerləşdiyi keçmiş Moskva elektrik zavodunun binasında yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib.
Bildirilib ki, yanğın beş mümkün təhlükədən dördüncü təhlükə səviyyəsi təyin edilib, bu o deməkdir ki, hadisə yerində əhəmiyyətli yanğınsöndürmə qüvvələrinə ehtiyac var.
Qeyd olunub ki, yanğın nəticəsində səkkiz nəfər həsarət alıb. 90 nəfər təxliyə edilib.