...

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb - Zelenski

Dünya xəbərləri Materials 11 Fevral 2025 00:42 (UTC +04:00)
Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb - Zelenski

Bakı. Trend:

Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya 2 milyard dollar ayırıb.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Mən indicə AİB-nin rəhbəri ilə görüşdüm. Söhbət dəstəkdən gedir - Ukrayna üçün daha 2 milyard dollar. Bunlar enerji sektorumuza, mənzil proqramlarımıza və infrastruktur layihələrimizə ayrılan vəsaitdir. Mən köməyə görə minnətdaram!", - deyə Zelenski qeyd edib.

Daha əvvəl ölkənin Baş naziri Denis Şmıxal AİB-nin Ukraynada sosial layihələri 116,5 milyon avroya ayıracağını açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti