Bakı. Trend:
Avropa Komissiyası (AK) Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına birtərəfli qadağaları qüvvədə saxlayan Polşa, Macarıstan və Slovakiyaya qarşı hüquqi tədbirlər tətbiq etmək imkanını istisna etmir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bütün variantlar nəzərdən keçirilir”, - deyə Avropa Komissiyasının nümayəndəsi Olaf Cill müvafiq sualı cavablandırarkən
Oktyabrın 29-da Avropa Komissiyası Ukrayna ilə Dərin və Hərtərəfli Azad Ticarət Zonası üzrə yeni Əlavə Sazişin qüvvəyə mindiyini elan edib. Bu sənəd problemlər yaradan Ukrayna kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, Aİ ölkələrinə tədarükünə kvotaların tətbiqini nəzərdə tutur.
 
                                     
                            