...

İran hökuməti ölkədə valyuta denominasiyasına başlayır

Dünya xəbərləri Materials 24 Dekabr 2025 16:48 (UTC +04:00)
İran hökuməti ölkədə valyuta denominasiyasına başlayır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran hökuməti gələn İran ilindən (21 mart 2026 -20 mart 2027) ölkədə valyutadan 4 sıfırın silinməsi prosesinə başlayacaq.

Trend-in məlumatına görə, bu, İran hökumətinin parlamentə təqdim etdiyi büdcədə göstərilən qiymətlər əsasında bəlli olub.

Belə ki, İran hökuməti gələn ilin dövlət büdcəsində bütün məbləğlər 4 sıfırın silinməsi ilə göstərib.

Bu əsasda İranın Mərkəzi Bankının təqdim etdiyi valyuta məzənnəsinə əsasən 1 ABŞ dolları 746,437 rial təşkil edirsə, gələn İran ilində bu göstərici ilə 1 ABŞ dolları 74,6 rial təşkil edəcək. Təbii ki, gələn aylarda İranda valyutanın dəyərində ciddi azalma qeydə alınmazsa, bu baş verə bilər.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 22 noyabrda İran Mərkəzi Bankının məcəlləsinin valyutanın denominasiyası (milli valyutadan 4 sıfırın silinməsi) ilə əlaqədar İran Parlamentinin 2 noyabr qəbul etdiyi və İran Kontitusiyaya Nəzarət Şurasının 5 noyabr təsdiqlədiyi qanunun icrası üzrə fərman imzalayıb.

Əlavə edək ki, İranın Mərkəzi Bankının məcəlləsində valyutanın denominasiyası ilə əlaqədar qanunda qeyd olunur ki, hazırkı 10 min rial – 1 riala və 100 qrana bərabərlik edəcək.

Keçid dövründə paralel şəkildə olduğuna görə, İran valyutası “rial” və “hazırkı rial” adlandırılacaq. Maksimum üç il ərzində bu formada proses davam edəcək. Əskinaslar və dəmir pulların toplanması prosesi həyata keçiriləcək. Qeyd olunan 3 il başa çatdıqdan sonra İran valyutası “rial” adını daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti