Bakı. Trend:
ABŞ-də həftəsonu ərzində baş verən güclü qar çovğununda ölənlərin sayı 10 nəfərə çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hazırda paytaxt Vaşinqtonda və azı 20 ştatda fövqəladə vəziyyət rejimi davam edir. Bir milyona yaxın sakinin işıqsız qaldığı bildirilir.
xxx
09:35
Amerika Birləşmiş Ştatlarını cənginə alan güclü qar çovğunu ümumilikdə 200 milyondan çox insanın yaşayışına təsir edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ölkənin Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, güclü qar çovğunu Nyu-Meksiko ştatından ABŞ-nin Şərq sahillərində yerləşən Nyu-İnqland bölgəsinə qədər uzanıb. Bəzi yerlərdə 40 sm-ə qədər qar düşüb.
“PowerOutage” monitorinq xidmətinin məlumatına görə, 900 mindən çox ev təsərrüfatı işıqsız qalıb. Əlverişsiz hava ilə bağlı səbəblərdən yeddi nəfər həyatını itirib, Luizinada 2 nəfər yolda donaraq ölüb. Massiv qar yağıntısı ABŞ-də hava nəqliyyatını da qismən iflic edib. Ölkədə 15 mindən çox hava reysi təxirə salınıb.
