...

Polşada nazir piyadaya yol vermədiyinə görə cərimələndi

Dünya xəbərləri Materials 2 Fevral 2026 18:33 (UTC +04:00)
Polşada nazir piyadaya yol vermədiyinə görə cərimələndi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın ədliyyə naziri və baş prokuroru Valdemar Jurek avtomobil idarə edərkən piyada keçidində qadına yol vermədiyinə görə cərimələnib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər veri.

Qayda pozuntusu Krakovda televiziya proqramının çəkilişi zamanı baş verib. Proqramın şərtlərinə əsasən, nazir avtomobili idarə etməklə yanaşı, müxbirin suallarını da cavablandırmalı idi. Piyadanı ilk olaraq jurnalist görsə də, nazir əyləci basmayıb və “hələ uzaqdadır” deyə bildirib.

Cərimənin məbləği açıqlanmır.

Valdemar Jurek Polşanın baş naziri Donald Tuskun qərarı ilə 23 iyul 2025-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Bundan əvvəl o, Krakov Dairə Məhkəməsinin hakimi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti