...

Yaponiyada güclü qar çovğunu azı 35 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 4 Fevral 2026 09:58 (UTC +04:00)
Yaponiyada güclü qar çovğunu azı 35 nəfərin həyatına son qoyub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın şimal bölgələrində, həmçinin Yapon dənizinin sahillərində müşahidə olunan güclü qar çovğunu ilə əlaqədar səbəblərdən azı 35 nəfər həlak olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qurbanların siyahısına damı qardan təmizləyən zaman yıxılaraq həyatını itirmiş, yolları və həyətləri təmizləyən zaman ürək çatışmazlığı keçirmiş insanlar da daxil edilib.

Niiqata prefekturasında isə bir sakin qalın qar kütləsinin təzyiqi altında uçmuş evinin dağıntıları altında qalaraq həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti