...

Rusiya XİN başçısı İrana qarşı sanksiyalar haqqında düşünməyin tez olması qənaətindədir

Dünya xəbərləri Materials 17 May 2006 17:05 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana qarşı sanksiyaların tətbiq olunması mümkünlüyü haqqında düşünməyin tez olması qənaətindədir.

"Dialoqdan imtina etməsinə görə İranı necə cəzalandırmaq haqqında düşünməzdən əvvəl bu ölkəni dialoqa cəlb edə biləcək qərar qəbul edilməlidir", - deyə nazir İranın nüvə probleminin həlli üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıqdan imtina etdiyi təqdirdə bu ölkəyə qarşı sanksiyaların tətbiqinə Rusiyanın mövqeyi ilə bağlı jurnalistlərin sualına cavab verərkən bəyan edib.

Trend in xəbər verdiyi kimi S.Lavrov vurğulayıb ki, digər münaqişəli vəziyyətlərdə olduğu kimi İrana qarşı da dərhal neqativ ssenarilər yaratmaq cəhdi uğurla nəticələnməyəcək. Bu barədə RİA Novosti xəbər verir.

Xəbər lenti

Xəbər lenti