...

N.Nazarbayev: Qazaxıstan üçün ÜTT-yə Rusiyanın əvvəl qoşulması daha yaxşıdır

Dünya xəbərləri Materials 26 May 2006 18:27 (UTC +04:00)

Prezident Nursultan Nazarbayev ehtimal edir ki, Astana üçün Rusiyanın ÜTT-ya əvvəl qoşulması daha yaxşıdır.

"Ümumdünya Ticarət Təşkilatına qrupla daxil olmurlar, orada dövlətlər bir-bir qəbul olunur. Ona görə təşkilata müştərək qoşulma haqqında söz gedə bilməz. Yaxşı olardı ki, əvvəl rusiya, sonra biz daxil olardıq" - deyə o bildirib.

Trend agentliyi "İNTERFAKS-KAZAXSTAN"a istinadən xbər verir ki, bu, Qazaxstan mallarının Avropa bazarlarına daxil olacağı ilə bağlıdır, xüsusilə də, Rusiya vasitəsilə.

Qazaxıstan, ehtimal edildiyi kimi, ÜTT-ya 2007-ci ildə qoşula bilər.

Xəbər lenti

Xəbər lenti