...

Neftçıxarma şirkətləri Sırdərya sahillərini möhkəmləndirməyə kömək edirlər

Dünya xəbərləri Materials 17 İyul 2006 18:16 (UTC +04:00)

Bu il yaz daşqını zamanı Sırdəryanın cənub sahilindəki bağların və yaşayış evlərinin su altında qalmasının qarşısının alınması üzrə tədbirlər görülür. Bu barədə Kazinform-un müxbiri bildirib.

Trend in verdiyi xəbərə görə, neftçıxarma şirkətləri sahillərin möhkəmləndirilməsinə yardım edirlər. Belə ki, "Petro-Qazaxıstan" şirkəti 24,57 milyon tenqe, "Aydan-munay" səhmdar cəmiyyəti - 3,6 milyon tenqe, "KazQermunay" şirkəti - 11,1 milyon tenqe ayırıb.

Mütəxəssis - hidroloqların fikrincə, Sırdərya sahillərindəki zəif yerlərin möhkəmləndirilməsi məqsədi ilə mühəndis layihələri üzrə bu vəsaitlərin mənimsənilməsi şəhər əhalisini su altında qalma problemindən azad edəcək.

Xəbər lenti

Xəbər lenti