...

Corc Buş sentyabrın sonunda Əfqanıstan və Pakistan prezidentləri ilə görüşəcək

Dünya xəbərləri Materials 15 Sentyabr 2006 12:38 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş sentyabrın sonunda Vaşinqtonda Pakistan və Əfqanıstan dövlət başçıları Pərviz Müşərrəf və Həmid Karzayla görüşəcək. Bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, P.Müşərrəf C.Buşla sentyabrın 22-də ABŞ-a səfəri zamanı görüşəcək. Səfər sentyabrın 16-dan 26-dək davam edəcək. Prezidentlər energetika, elm və texnologiya, iqtisadi inkişaf sahəsində ikitərəfli münasibətləri müzakirə etmək niyyətindədir. Həmçinin, beynəlxalq terrorla mübarizə, azadlıq və demokratiyanın inkişafı ilə bağlı məsələlərin də müzakirəsi planlaşdırılır.

C.Buşun Əfqanıstan prezidenti H.Karzayla görüşü sentyabrın 26-da nəzərdə tutulur. Görüşdə ABŞ prezidenti əfqanıstanlı həmkarı ilə terror və narkotik maddələr alveri ilə mübarizə məsələlərini, o cümlədən ölkə infrastrukturu və iqtisadiyyatının bərpasınının gedişini müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti