...

NATO Baş katibi: Əfqanıstanın cənubunda silahlı qüvvələrin sayını artırmaq lazımdır

Dünya xəbərləri Materials 20 Oktyabr 2006 13:31 (UTC +04:00)

Əfqanıstanın cənubunda silahlı qüvvələrin sayını artırmaq lazımdır. Bu barədə NATO baş katibi Yap de Xoop Sxeffer bəyan edib. "Mən hesab edirəm ki, məsələni həll etmək üçün bizim Əfqanıstanda kifayət qədər qüvvəmiz var, lakin kontingenti artırmaqla, biz məsələnin öhdəsindən daha yaxşı gələ bilərik", - deyə o bildirib.

O həmçinin bildirib ki, "Əfqanıstan problemi hərb yolu ilə həll olunmur" və əfqanların həyatını yaxşılaşdırmaq üçün beynəlxalq təşkilatların dəstəyi lazımdır. "NATO ölkənin təhlükəsizliyini təmin edir. Lakin təhlükəsizliyin olması ilə hər şey həll olunmur", - deyə Yap de Xoop Sxeffer əlavə edib.

Trend RBK-ya istinadən xəbər verir ki, bu il "Taliban" hərbçiləri Əfqanıstanın cənub rayonlarında öz fəaliyyətlərini nəzərə çarpacaq dərəcədə fəallaşdırıblar. Hərbçilərin hücumları o dərəcədə geniş xarakter alıb ki, Əfqanıstanda Təhlükəsizliyə Beynəlxalq Qüvvələrlə Yardım (TBQY) komandanlığı son aylar ərzində bir sıra böyük xüsusi əməliyyatlar keçirmək məcburiyyətində qalıb və nəticədə yüzlərlə hərbçi məhv edilib. Buna baxmayaraq, hökümətin 2001-ci ildən taliblərə qarşı hərbi əməliyyatın davam etdiyi ölkədə vətəndaşların yaşam səviyyəsini əhəmiyyətli dərəcədə qaldıra bilməməsi təhlükəsizlik baxımından vəziyyəti daha da pisləşdirir.

Xəbər lenti

Xəbər lenti