...

Bağdadda bomba partlayışı nəticəsində ən azı 25 nəfər həlak olub, 55 nəfər yaralanıb

Dünya xəbərləri Materials 26 Dekabr 2006 15:43 (UTC +04:00)

Dəqiqləşdirilmiş məlumatlara görə, İraqın paytaxtı Bağdad şəhərində bu gün eyni vaxtda baş vermiş üç partlayış nəticəsində ən azı 25 nəfər həlak olub, 55 nəfər yaralanıb. Bu barədə (C) Associated Press yaralıların göndərildiyi xəstəxanadakı mənbəyə istinadən xəbər verir.

Avtomobilə qoyulmuş partlayıcı qurğular Bağdadın həm şiə, həm də sünnilərin yaşadığı qərb rayonunda avtobus terminalının yaxınlığında işə düşüb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

İlkin olaraq 10 nəfərin həlak olduğu və 35 nəfərin yaralandığı bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti