...

S.Hüseynin iki ən yaxın silahdaşı bu həftə edam olunacaq

Dünya xəbərləri Materials 8 Yanvar 2007 17:11 (UTC +04:00)

İraqın keçmiş lideri S.Hüseynin iki ən yaxın silahdaşı bu həftə edam olunacaq. Bu barədə İraq hökümətinin nümayəndələri məlumat verib. İraqın Nazirlər Kabinetinin mətbuat katibi Əli əl-Dabbaha bildirib ki, Barzan əl-Tikriti və Avada əl-Bandarın edamı haqqında əmrlər artıq imzalanıb və "geriyə yol yoxdur".

B.əl-Tikriti S.Hüseynin hakimiyyəti dövründə ölkənin kəşfiyyat xidmətinə başçılıq edib, A.əl-Bandar isə İraqın İnqilab məhkəməsinin sədri olub. Onlar da S.Hüseyn kimi 1982-ci ildə Əd-Düceyl kəndində şiyələrin kütləvi qırılmasında təqsirli bilinirlər. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xatırladaq ki, S.Hüseyn 30 dekabr 2006-cı il tarixində edam olunub. O, Tikrit şəhəri yaxınlığında Oca kəndində dəfn olunub. Bu barədə (C) Associated Press xəbər verir.

Xəbər lenti

Xəbər lenti