...

Türkiyədə radikal dini qrup üzvlərinin həbsi davam etdirilir

Dünya xəbərləri Materials 7 Fevral 2007 16:09 (UTC +04:00)

İstanbulda qeyri-leqal radikal dini qrupun iki üzvünün həbsindən sonra həbs olunanların sayı 48 nəfər təşkil edib. Müəyyən edilib ki, bu qrupun mərkəzi - terror aktlarının həyata keçirilməsi üzrə planların hazırlandığı Konya şəhəri olub.

Trend in Ankaradakı xüsusi müxbirinin polis idarəsinə istinadən məlumatına əsasən, həbs olunmuşların minimum 7 nəfərinin Əl-Qaidənin beynəlxalq strukturları ilə əlaqə saxladığı bildirilir. Onların arasında Suriyada partalyış işinə hazırlıq keçdiklərini etiraf edən silahlılar var.

Xəbər lenti

Xəbər lenti