...

Gürcüstan NATO-nun baş iqamətgahına mədafiə məsələləri ilə bağlı hesabat təqdim edib

Dünya xəbərləri Materials 6 İyun 2007 16:24 (UTC +04:00)

Gürcüstan ,Tbilisi / müxbir Trend N.Kirtsxalia/Gürcüstan NATO-nun baş qərargahına Gürcüstanın müdafiəsinin Strateji Xülasəsi sənədinin tam variantını təqdim edib. Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, xülasə dünən Brüsseldə 26+1 formatında keçirilən görüşdə təqdim olunub.

Grcüstanın Müdafiə Nazirliyinin nümayəndə heyətinə nazirin müavini Levan Nikoleişvili başçılıq edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə NATO-ya üzv ölkələrin nümayəndələri sənədlə bağlı rəy və təklilərini irəli sürüblər və yalnız bu təklifəri nəzərə aldıqan sonra Gürcüstanın Müdafiəsinin Strateji Xülasəsi sənədi təsdiq olunacaq. Gürcüstanın Müdafiəsinin Strateji Xülasəsi sənədinin işlənməsi Gürcüstan və NATO arasında fərdi əməkdaşlıq planına uyğun olaraq nəzərdə tutulub. 2004-ü ilin sentyabr ayından başlanan sənədin üzərində iş zamanı Gürcüstanın milli təhlükəsizlik konsepsiyası, Milli Hərbi Strategiya və nazirin təhlükənin qiymətləndirilməsi üzrə baxışlarına uyğun olan sənəd hazırlanıb.

Xəbər lenti

Xəbər lenti