...

"Dərs" bədii filminin təqdimatı olacaq

Mədəniyyət Materials 5 May 2015 20:54 (UTC +04:00)
"Dərs" bədii filminin təqdimatı olacaq.
"Dərs" bədii filminin təqdimatı olacaq

Azərbaycan, Bakı, 5 may /Trend/

"Dərs" bədii filminin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 7 may 2015-ci il tarixində, saat 17:30-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş "Dərs" bədii filmi ilə bağlı mətbuat konfransı, saat 19:00-da isə filmin təqdimatı keçiriləcək.

Uzun illər fasilədən sonra uşaqlar üçün çəkilmiş film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər. Uşaqlardan əlavə ekran əsərində Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları da rol alıblar.

Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti