...

Ulduzların iştirakı ilə “Bakısız bacarmıram” klipinin təqdimatı olub (VİDEO/FOTO)

Mədəniyyət Materials 25 May 2016 13:24 (UTC +04:00)
Bakının Fairmont Hotel-ində tanınmış aktyor, şoumen və ifaçı Eldar Bağırbəyovun "Bakısız bacarmıram” mahnısına çəkilmiş ilk klipinin təqdimatı keçirilib.
Ulduzların iştirakı ilə “Bakısız bacarmıram” klipinin təqdimatı olub (VİDEO/FOTO)

Bakı. Trend:

Bakının Fairmont Hotel-ində tanınmış aktyor, şoumen və ifaçı Eldar Bağırbəyovun "Bakısız bacarmıram" mahnısına çəkilmiş ilk klipinin təqdimatı keçirilib. Trend-in məlumatına görə, musiqinin müəllifi Alik Həsənovdur, sözləri isə Eldar Bağırbəyovla müştərək yazılıb.

Klip "Zaratustrafilm" şirkəti tərəfindən çəkilib, klipin ssenari müəllifi və rejissoru Rəhman Rafiqoğlu, operatoru Əli Sultanov, montajçısı Xanlar Ağayev, baş prodüseri isə Murad Məhərrəmlidir.

Klipin çəkilişlərində tanınmış aktyorlar - xalq artisti Məbud Məhərrəmov, əməkdar artist Yevgeniya Nevmerjitskaya, həmçinin Bakı Slavyan Universitetinin prorektoru, akademik Rafiq Novruzov iştirak ediblər.

Eldar Bağırbəyovu ilk klipinin təqdimatı münasibətilə təbrik etmək üçün çoxsaylı qonaqlar gəlib, onların arasında tanınmış aktyorlar, rejissorlar, ifaçılar, televiziya aparıcıları, elm və təhsil, həmçinin KİV nümayəndələri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti