...

Nizami Kino Mərkəzində Üçüncü Britaniya Filmləri Festivalı başlayır

Mədəniyyət Materials 27 Aprel 2017 19:46 (UTC +04:00)
Sabah Nizami Kino Mərkəzi "British Council" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə Üçüncü Britaniya Bahar Film Festivalının açılışını keçirəcək.
Nizami Kino Mərkəzində Üçüncü Britaniya Filmləri Festivalı başlayır

Bakı. Trend:

Sabah Nizami Kino Mərkəzi "British Council" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə Üçüncü Britaniya Bahar Film Festivalının açılışını keçirəcək.

Kino Mərkəzindən Trend-ə verilən məlumata görə, builki açılış filmi Reyçel Tunnardın mükafat almış "Yetkinlik Həyatının Bacarıqları" komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.

Aprelin 28-dən mayın 04 –dək Nizami Kino Mərkəzində davam edəcək Britaniya Bahar Film Festivalında qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş altı unudulmaz və çox fərqli filmlər -"Yetkinlik Həyatının Bacarıqları" (Adult Life Skills), "Mən, Deniel Bleyk" (I, Daniel Blake), "Yan, Yan, Yan" (Burn, Burn, Burn), "Daşqın" (The Levelling), "Möhtəşəm Həyat” (This Beautiful Fantastic) və "Etel və Ernest" (Ethel and Ernest) tamaşaçılara təqdim olunacaq.

Azərbaycanda Üçüncü Britaniya Bahar Film Festivalının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru xanım Elizabet Uayt bildirib: “Bu ilin Bahar Britaniya Filmləri Festivalında həqiqətən maraqlı olan yeni filmlər təqdim ediləcək. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar”.

Həmçinin, Böyük Britaniyanın Azərbaycandakı səfiri “British Film Spring” festivalını yenidən dəstəkləməkdən çox məmnun olduğunu bildirib və müasir qadın rejissorlar və prodüserlərin yaşadığımız həyatın sevinc və çətinliklərini ekranlara necə daşıdıqlarını görməyi səbirsizliklə gözlədiyini söyləyib.

Bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində, rus dilində alt yazılarla nümayiş ediləcək.

Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.

Festivalda göstəriləcək filmlərin seans cədvəlini təqdim edirik:

Yetkinlik Həyatının Bacarıqları - 28.04 - 19:00 1-ci zal / 30.04- 14:30 2-ci zal

Etel və Ernest- 29.04 - 14:30 2-ci zal/ 01.05 - 14:30 2-ci zal

Mən, Deniel Bleyk - 30.04 - 18:30 2-ci zal / 04.05 - 18:30 2-ci zal

Möhtəşəm Həyat - 01.05 - 18:30 1-ci zal/ 02.05 - 14:30 2-ci zal

Yan Yan Yan - 02.05 - 18:30 1-ci zal / 03.05 - 14:30 2-ci zal

Daşqın - 03.05 - 18:30 1-ci zal / 04.05 - 14:30 2-ci zal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti