...

FHN Gəncədə subasma hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 22 Aprel 2014 20:52 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə subasma hadisəsi ilə bağlı məlumat yayıb.
FHN Gəncədə subasma hadisəsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə subasma hadisəsi ilə bağlı məlumat yayıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, bu gün Gəncə şəhəri ərazisində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağış yağıb. Nəticədə bir çox fərdi yaşayış evlərinin və inzibati obyektlərin həyətlərini və zirzəmilərini su basıb.

Dərhal FHN-in müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti