...

Ötən gün ərzində 68 cinayət faktı qeydə alınıb

Hadisə Materials 1 Sentyabr 2015 14:08 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 68 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
Ötən gün ərzində 68 cinayət faktı qeydə alınıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 68 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər"lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 43 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti