...

Kiprdə avtomobil qəzasında ölən azərbaycanlı tələbənin cənazəsi Azərbaycana göndərilib

Hadisə Materials 1 Mart 2016 14:18 (UTC +04:00)
Şimali Kipr Türk respublikasında baş verən avtomobil qəzası nəticəsində vəfat edən azərbaycanlı tələbə Yunus Ərəbovun cənazəsi dəfn üçün Azərbaycana göndərilib.
Kiprdə avtomobil qəzasında ölən azərbaycanlı tələbənin cənazəsi Azərbaycana göndərilib

Bakı. Orxan Quluzadə - Trend:

Şimali Kipr Türk respublikasında baş verən avtomobil qəzası nəticəsində vəfat edən azərbaycanlı tələbə Yunus Ərəbovun cənazəsi dəfn üçün Azərbaycana göndərilib.

Bu barədə Trend Gündemkibris qəzetinə istinadən məlumat verir.

Y.Ərəbovun xatirəsinə oxuduğu Yakın Doğu Universitetində mərasim keçirilib.

Xatırladaq ki, fevralin 28-də baş vermiş avtomobil qəzası nəticəsində, avtomobdə olan iki azərbaycanlı tələbə - 23 yaşlı Nicat Hacızadə və 25 yaşli Yunus Ərəbov xəstəxanada aldıqları xəsarətlər nəticəsində ölüblər.

Yakın Doğu Universitetində İqtisadiyat fakultəsində oxuyan N.Hacizadənin yaxınları Kiprə gediblər. Mərhumun nəşinin yaxın zamanda Azərbaycana gətiriləcəyi bildirilir.

Qəza nəticəsində digər azərbaycanlı tələbə - 20 yaşlı Anar Süleymanlı xəsarət alıb. A.Süleymanlının vəziyyətinin normal olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti